Influencer marketinq, brendin etibarlı və təsirli sosial media məzmun istehsalçıları vasitəsilə hədəf auditoriyaya çatmasına imkan yaradır. Sosial media idarəçiliyi isə brendin bütün rəqəmsal platformalarda strategiyasının, məzmun istehsalının, auditoriya ilə ünsiyyətinin və görünürlüğünün idarə olunmasını əhatə edir.
Bu prosesə uyğun influencer-lərin seçilməsi, barter və ödənişli əməkdaşlıqların planlaşdırılması, məzmun istehsalının təşkili və kampaniyaların idarə olunması daxildir. Instagram, TikTok və YouTube kimi platformalarda yaradıcı məzmun vasitəsilə brendin qarşılıqlı əlaqəsi və görünürlüğü artırılır.